İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

DİN TikTok-da avtomobil idarə edəkən canlı yayım açan sürücülərə xəbərdarlıq edir

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət ünvanlayıb. Leqal Xəbər həmin məlumata əsaslanaraq bildirir ki, son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsinə

14 baxış 3 dəq

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət ünvanlayıb.

Leqal Xəbər həmin məlumata əsaslanaraq bildirir ki, son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, TikTok sosial şəbəkəsinə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir. Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu nəzərə alsaq, sükan arxasında bu cür davranışların göstərilməsi təhlükəlidir.

Hərəkət zamanı mütəmadi olaraq sürücünün diqqətinin yola yox, mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəlməsi qəza riskini artırır. Elə müşahidə kameralarının qeydə aldığı bir neçə yol-nəqliyyat hadisəsinin təhlili də onu deməyə əsas verir ki, bəzi qəzalar məhz sürücünün diqqətinin yayınması nəticəsində baş verib.

Belə sürücülər bilməlidirlər ki, onların sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və ya populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatına son qoya və ağır xəsarət almasına səbəb ola bilər.

Qeyd edilənləri nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda məsuliyyətli və diqqətli olmağa çağırır.

Xəbəri paylaş Dostlarınıza göndərin