LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda ağır ailə faciəsi yaşanıb.
Məlumata görə, hərbçi kimi xidmət edən M.G. silahla qayınatasının evinə gələrək hələlik naməlum səbəbdən evdə olan qayınanası H.D.-ni, qaynı G.D.-ni, baldızı D.D.-ni və həyat yoldaşı G.G.-ni güllələyərək qətlə yetirib.
Hadisədən sonra M.G. özünə qəsd etməyə cəhd göstərib. Ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, M.G. Aktütün kəndində qeydiyyatdadır.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.