Leqal xəbər məlumat verir ki, Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, uşaqpulu verilməsi insanlarda tənbəllik yarada və işləməyə marağı azalda bilər.
Onun sözlərinə görə, hazırda ailələrə müxtəlif sosial müavinətlər təqdim olunur və uşaqpulu məsələsi geniş şəkildə gündəmdə deyil. Günay Ağamalı qeyd edib ki, ailələr övlad dünyaya gətirərkən yalnız dövlət dəstəyinə arxalanmamalıdırlar.