Leqal xəbər bildirirki, Naxçıvan Muxtar Respublikasında daun sindromlu uşaqların sayı ilə bağlı rəsmi məlumat açıqlanıb.
Məlumatı Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb. Bildirilib ki, 2026-cı ilin statistikasına əsasən, muxtar respublikada ümumilikdə 2170 nəfər sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Onlardan 46 nəfəri daun sindromludur. Həmin uşaqlardan 24-ü oğlan, 22-si isə qızdır. Qeyd olunub ki, bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Onların erkən yaşdan sosial mühitə uyğunlaşması, bacarıqlarının inkişaf etdirilməsi və təhsilə cəlb olunması məqsədilə bağçalara, məktəblərə və dərnəklərə yönləndirilirlər.
Hazırda daun sindromlu uşaqlardan 22 nəfəri ümumtəhsil müəssisələrində təhsil alır. Dövlət tərəfindən onların sosial müdafiəsi və inklüziv inkişafı istiqamətində layihələr və maarifləndirici tədbirlər davam etdirilir.
Daun sindromlu uşaqların sayı açıqlanıb
Leqal xəbər bildirirki, Naxçıvan Muxtar Respublikasında daun sindromlu uşaqların sayı ilə bağlı rəsmi məlumat açıqlanıb. Məlumatı Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb. Bildirilib ki, 2026-cı ilin statistikasına əsasən, muxtar respublikada
16 baxış
3 dəq
