Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-mayor Altay Mehdiyevin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə yazdığı məqalədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
LEQAL XƏBƏR verir ki, müxtəlif istifadəçilər və özlərini hərbçi kimi təqdim edən şəxslər Altay Mehdiyevin açıqlamalarına münasibət bildirərək, onun vaxtilə xidmət etdiyi dövrdə ədalətsiz qərarlar verdiyini iddia ediblər.
Şərhlərdə Mehdiyevin Naxçıvanda xidmət etdiyi illərdə əsgər və zabitlərə qarşı sərt münasibət göstərdiyi, bəzi hərbçilərin karyerasına mənfi təsir etdiyi barədə iddialar səsləndirilib.