İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

DAĞINTILAR ALTINDA SAĞ QALANLAR AXTARILIR

Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında sağ qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. ABŞ-dən gələn xilasedici qrupların məlumatına görə, Karakas yaxınlığında çökmüş 10 mərtəbəli binanın yeraltı dayanacağında qalan 44 yaşlı

11 baxış 3 dəq
Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında sağ qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
ABŞ-dən gələn xilasedici qrupların məlumatına görə, Karakas yaxınlığında çökmüş 10 mərtəbəli binanın yeraltı dayanacağında qalan 44 yaşlı mühafizəçi Erman Jil Floresi xilas etmək üçün artıq altı gündür fasiləsiz iş aparılır.
Bildirilib ki, zəlzələ zamanı növbədə olan Flores dağıntılar altında qalsa da, xəsarət almayıb. Xilasedicilər ona su çatdıra biliblər. Lakin binanın dağılmış konstruksiyalarının hər an çökmə təhlükəsi yaratdığı üçün əməliyyatlar son dərəcə ehtiyatla həyata keçirilir.
Rəsmi məlumatlara əsasən, indiyədək təxminən 6 min 500 nəfər dağıntılar altından sağ çıxarılıb. Bununla yanaşı, 51 min nəfər hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fasilə ilə 7,2-7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Episentrlər Yarakuy ştatında yerləşib. Son rəsmi statistikaya görə, təbii fəlakət nəticəsində 1 943 nəfər həyatını itirib, 10 571 nəfər yaralanıb. Hazırda 28 mindən çox zərərçəkənə xəstəxanalarda və müvəqqəti düşərgələrdə tibbi yardım göstərilir.
Xəbəri paylaş Dostlarınıza göndərin