İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”,

9 baxış 3 dəq

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.
Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);
İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);
Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri);
9-cu köndələn küçəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri);
Hüseynbala Əliyev küçəsi, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı (minib-düşmə yeri);
Süleyman Sani Axundov küçəsi, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);
Füzuli küçəsi, “28 Mall”un yanı (minib-düşmə yeri);
Şəmsi Bədəlbəyli küçəsi, “28 Mall”un yanı (avtobus zolağında minib-düşmə yeri). 



Xəbəri paylaş Dostlarınıza göndərin