İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Corat qəsəbəsində DƏHŞƏTLİ QƏTL

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş vermiş ağır ailə faciəsi sakinlər arasında ciddi narahatlıq yaradıb. İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Aparılan araşdırmalar zamanı onun zorakılıq nəticəsində həyatını itirdiyi müəyyən edilib. Hadisə ilə bağlı

17 baxış 3 dəq

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş vermiş ağır ailə faciəsi sakinlər arasında ciddi narahatlıq yaradıb.

İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Aparılan araşdırmalar zamanı onun zorakılıq nəticəsində həyatını itirdiyi müəyyən edilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qadının 33 yaşlı əri şübhəli şəxs qismində müəyyən olunub. Məlumata əsasən, tərəflər arasında bir müddətdir ailədaxili problemlər yaşanırmış. Qadının ərindən ayrılmaq və boşanmaq istədiyi, kişinin isə münasibətlərin davam etdirilməsində israr etdiyi bildirilir.

İddialara görə, tərəflər arasında yaranan növbəti mübahisə faciə ilə nəticələnib. Qadının həyatına son qoyulmasında şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Baş verən hadisə nəticəsində ailənin azyaşlı övladı anasız qalıb. Yaxınlarının sözlərinə görə, körpənin taleyi hazırda ailə üzvlərinin nəzarətindədir.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin