İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib

COP31 prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq iqlim prosesinə verdiyi töhfəyə və toplanmış təcrübənin ötürülməsinə görə COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə təşəkkür edib. Leqal Xəbər

11 baxış 3 dəq

COP31 prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq iqlim prosesinə verdiyi töhfəyə və toplanmış təcrübənin ötürülməsinə görə COP29-un sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevə təşəkkür edib.

Leqal Xəbər Report-a əsasən məlumat verir ki, o, bunu Antalyada COP31 çərçivəsində təşkil olunmuş "Keçmiş COP sədrlərinin birgə bəyanatı" tədbirində bildirib.

M.Kurum Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi birlikdə çalışdığını vurğulayıb. O, Azərbaycanın sədrliyi dövründə toplanmış təcrübə və biliklərin COP30 (Braziliya) və COP31 (Türkiyə) sədrliklərinə ötürülməsini xüsusi qeyd edib.

Bakı konfransının nəticələrindən bəhs edərkən COP31 prezidenti iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin qəbul edilməsini xüsusi vurğulayıb: "Biz Bakıda qəbul edilmiş maliyyə hədəfini mühüm nailiyyət kimi qiymətləndiririk.

M.Kurum həmçinin xatırladıb ki, COP29-da Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsinə dair qaydaların razılaşdırılması başa çatdırılıb. Onun sözlərinə görə, indi iqlim prosesi iştirakçılarının əsas məsuliyyəti qəbul edilmiş qərarları ölkələr və insanlar üçün konkret nəticələrə çevirməkdən ibarətdir.

Xəbəri paylaş Dostlarınıza göndərin