İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Çips yemək istəyinin arxasında hansı səbəblər dayanır?

Çips yemək istəyinə qarşı dura bilməmək və bu məhsulun kiçik porsiyası ilə kifayətlənməkdə çətinlik çəkmək orqanizmdə baş verən müəyyən proseslərlə əlaqəlidir. Leqal Xəbər bildirir ki, bu barədə Lenta.ru-ya rusiyalı həkim-qastroenteroloq Olqa Çistik məlumat verib. Həkim qeyd edib ki, bir çox insan

14 baxış 3 dəq

Çips yemək istəyinə qarşı dura bilməmək və bu məhsulun kiçik porsiyası ilə kifayətlənməkdə çətinlik çəkmək orqanizmdə baş verən müəyyən proseslərlə əlaqəlidir.

Leqal Xəbər bildirir ki, bu barədə Lenta.ru-ya rusiyalı həkim-qastroenteroloq Olqa Çistik məlumat verib.

Həkim qeyd edib ki, bir çox insan bu istəyi aclıqla səhv salır. Lakin bəzi hallarda insan əslində ac olmur, sadəcə emosional rahatlıq axtarır. Belə zamanlarda adi yeməklərə deyil, duzlu, şirin və ya yağlı məhsullara qarşı güclü istək yaranır.

"Çipsin dadı çox kəskindir, xırtıltısı isə insana sakitlik və həzz verir. Beyin sürətli mükafat siqnalı alır və bu hissin təkrarlanmasını istəyir. Dayanmaq siqnalı isə çox vaxt yalnız paket bitəndə yaranır", - deyə Çistik vurğulayıb.

Həkim çipsə qarşı istəyin güclənərək qarşısıalınmaz hala gəlməsinin səbəbləri arasında stres və yuxusuzluğu da göstərib. Onun sözlərinə görə, belə hallarda orqanizm sürətli həzz mənbələrinə ehtiyac duyur. Məhsulun kəskin dadı daha cəlbedici olur, insanın özünə nəzarəti isə zəifləyir.

Çistik xatırladıb ki, çips də daxil olmaqla, yağlı və duzlu qidalar, xüsusilə yatmazdan əvvəl qəbul edildikdə, mədə yanmasına və qarının yuxarı hissəsində narahatlığa səbəb ola bilər. O, bu cür məhsullardan müntəzəm və həddindən artıq istifadənin artıq çəkiyə gətirib çıxara biləcəyini də əlavə edib.

Xəbəri paylaş Dostlarınıza göndərin