İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Çində saxta videolar düzəldən şəxs tanışlarından xeyli miqdarda pul mənimsədi

Çində kişi atasının xərçəng xəstəliyinə tutulması barədə yalan hekayələr uyduraraq və süni intellekt vasitəsilə saxta video hazırlayaraq dostlarından və keçmiş tələbə yoldaşlarından 1.7 milyon yuandan (təxminən 433.5 min manat) çox pul alıb. Leqal Xəbər "Penpay" nəşrinə istinadən məlumat

11 baxış 3 dəq

Çində kişi atasının xərçəng xəstəliyinə tutulması barədə yalan hekayələr uyduraraq və süni intellekt vasitəsilə saxta video hazırlayaraq dostlarından və keçmiş tələbə yoldaşlarından 1.7 milyon yuandan (təxminən 433.5 min manat) çox pul alıb.

Leqal Xəbər "Penpay" nəşrinə istinadən məlumat verir ki, Tszyan soyadlı şəxs 2019-cu ildən etibarən tanışlarından müxtəlif bəhanələrlə borc götürüb.

O, texnologiyaya investisiya, toy, mənzil alışı və şirkət xərclərini qarşılamaq üçün pul istəsə də, sonradan atasının xərçəng xəstəliyinə tutulduğunu, müalicəyə təcili vəsait lazım olduğunu, daha sonra isə atasının öldüyünü və dəfn xərclərini ödəməli olduğunu bildirib.

Kişi yalanlarını daha inandırıcı göstərmək üçün süni intellektlə atasının ağır xəstə vəziyyətdə yataqda uzandığını əks etdirən video hazırlayıb. Şübhəli etiraf edib ki, tanışlarından aldığı bütün pulları fond bazarında itirib.

O, dələduzluq şübhəsi ilə saxlanılıb. Hazırda iş üzrə istintaq davam edir.

Xəbəri paylaş Dostlarınıza göndərin