İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Çində iki robot insanların vəzifələrinin öhdəsindən gələ bilmədi: Mağazada bir sutka işlədikdən sonra qovuldu

Çinin "Agibot" şirkətinin altı insanabənzər robotu Şanxayda sutkaboyu fəaliyyət göstərən mağazada 24 saatlıq növbədə işləyib. Bu müddət ərzində robotlar təxminən 2 000 tapşırıq yerinə yetiriblər: qəhvə hazırlayıb, mağazanı təmizləyib və müştərilərə xidmət göstəriblər. Leqal Xəbər bildirir

12 baxış 3 dəq

Çinin "Agibot" şirkətinin altı insanabənzər robotu Şanxayda sutkaboyu fəaliyyət göstərən mağazada 24 saatlıq növbədə işləyib. Bu müddət ərzində robotlar təxminən 2 000 tapşırıq yerinə yetiriblər: qəhvə hazırlayıb, mağazanı təmizləyib və müştərilərə xidmət göstəriblər.

Leqal Xəbər bildirir ki, bu barədə "TechSpot" nəşri məlumat yayıb.

Lakin robotlardan yalnız dördü sınaqdan uğurla keçib. Belə ki, dolub-daşan zibil qutusu ilə qarşılaşan təmizlik robotu koordinasiyasını itirərək mağazanı tərk edib. Piştaxtaları yoxlamağa cavabdeh olan digər robot isə kifayət qədər çevik işləməyib.

Mağaza rəhbərliyi əmək intizamının pozulması ilə barışmayaraq hər iki robotu "işdən çıxarıb". Digər dörd robot isə, görünür, vəzifələrinin öhdəsindən gəlib.

Qeyd edək ki, robotları hazırlayan şirkət sınağı "Robotlar heç vaxt növbəni tərk etmirlər" adlı eksperiment çərçivəsində keçirib. Təcrübə onlayn yayımlanıb.

Eksperimentin məqsədi robotların adi mağaza şəraitində işçilərin vəzifələrini necə yerinə yetirdiyini göstərmək olub. Lakin nəticələr insanabənzər robotların da gözlənilməz davrana bildiyini ortaya qoyub.

Xəbəri paylaş Dostlarınıza göndərin