Leqal xəbər bildirirki, ABŞ-İran qarşıdurmasının böyüməsi fonunda Çinlə Tehran arasındakı hərbi əməkdaşlıq yenidən diqqət mərkəzinə düşüb. Bəzi məlumatlara görə, Pekin İrana maliyyə və silah komponentləri ilə dəstək imkanlarını nəzərdən keçirir. Analitiklər bildirirlər ki, ABŞ və İsrailin İrana zərbələrindən sonra Tehran hərbi potensialını bərpa etmək üçün Çin və Rusiya ilə əməkdaşlığı genişləndirib. Eyni zamanda, peyk görüntüləri və gəmi məlumatları Çin limanlarından İrana raket yanacağı istehsalında istifadə oluna biləcək kimyəvi maddələrin daşındığını göstərir. Bu isə bəzi ekspertlərin fikrincə, Pekinin dolayı şəkildə İranın hərbi imkanlarını gücləndirməsinə işarə edir. Bununla belə, rəsmi Pekin münaqişənin hərbi yolla deyil, dialoq və diplomatiya vasitəsilə həll olunmasına çağırır və açıq hərbi müdaxilədən uzaq durmağa çalışır. İddialar fonunda ekspertlər hesab edir ki, İran üzərindən ABŞ və Çin arasında geosiyasi rəqabət daha da kəskinləşə bilər.
Çin İrana gizli silah dəstəyi verir?
Leqal xəbər bildirirki, ABŞ-İran qarşıdurmasının böyüməsi fonunda Çinlə Tehran arasındakı hərbi əməkdaşlıq yenidən diqqət mərkəzinə düşüb. Bəzi məlumatlara görə, Pekin İrana maliyyə və silah komponentləri ilə dəstək imkanlarını nəzərdən keçirir. Analitiklər bildirirlər ki, ABŞ və İsrailin İrana
11 baxış
3 dəq
