İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"ChatGPT" boşanmalara səbəb olmağa başlayıb

Ailə psixoterapevtləri və boşanma işləri üzrə vəkillər həyəcan təbili çalırlar: süni intellekt getdikcə daha çox şəxsi münasibətlərə müdaxilə etməyə başlayıb. Çatbotlarla ünsiyyət artıq zərərsiz bir məşğuliyyət olmaqdan çıxaraq ailə münaqişələrinə təsir edən yeni amilə çevrilib. Leqal Xəbər

8 baxış 3 dəq

Ailə psixoterapevtləri və boşanma işləri üzrə vəkillər həyəcan təbili çalırlar: süni intellekt getdikcə daha çox şəxsi münasibətlərə müdaxilə etməyə başlayıb. Çatbotlarla ünsiyyət artıq zərərsiz bir məşğuliyyət olmaqdan çıxaraq ailə münaqişələrinə təsir edən yeni amilə çevrilib.

Leqal Xəbər bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Son mübahisəmizdən sonra ərim artıq mənimlə danışmaq istəmədiyini dedi. Bunun əvəzinə telefonunu çıxardı, "ChatGPT"ni açdı və yazmağa başladı", - deyə nəşr həmsöhbətinin sözlərini sitat gətirib.

İnsanlar neyron şəbəkələrdən yalnız dəstək almaq üçün deyil, həm də mübahisələrdə üstünlük qazanmaq məqsədilə istifadə edirlər. Tərəfdaşlar haqlı olduqlarını təsdiqlətmək üçün "ChatGPT"yə müraciət edir, daha sonra isə süni intellektlə yazışmalarını "məhkəmədə sübut" kimi təqdim edirlər.

Vəziyyət emosional dəstək axtarışının tərəfdaşlardan biri tərəfindən xəyanət kimi qəbul edildiyi hallarda daha da gərginləşir. "Clarkston Legal" hüquq firmasının təsisçisi Timoti Flinn bir qadının ərinin çatbotla yazışmalarını fleş-diskdə gətirdiyi məhkəmə işi barədə danışıb. Ailə problemləri ilə bağlı başlayan söhbət sonradan flört xarakteri alıb.

Bununla belə, süni intellekt heç də həmişə münasibətləri korlamır. Bəzi cütlüklər mesaj göndərməzdən əvvəl mətnlərdəki aqressiv ifadələri yumşaltmaq üçün "Claude" və ya "ChatGPT"dən istifadə edirlər.


Xəbəri paylaş Dostlarınıza göndərin