İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ceyranlar və bezoar keçiləri tarixi yerlərinə qaytarılır

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib. Bu barədə ETSN-dən Leqal Xəbər-ə məlumat daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinın Bioloji

6 baxış 3 dəq

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib. Bu barədə ETSN-dən Leqal Xəbər-ə məlumat daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinın Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvan Muxtar Respublikasına göndərilərək aidiyyəti üzrə təhvil verilib.

Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.

Qeyd edək ki, heyvanların daşınması “Silk Way Airlines” şirkətinin dəstəyi ilə həyata keçirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin