İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“Ceyhun Sabunçu”nu öldürənlər həbs olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı ilə Bakıda "Ceyhun Sabunçu"nun qətlində təqsirləndirilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Leqal xəbər məlumar verir ki, Bakıda kütləvi dava zamanı "Ceyhun Sabunçu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən

13 baxış 3 dəq

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı ilə Bakıda "Ceyhun Sabunçu"nun qətlində təqsirləndirilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Leqal xəbər məlumar verir ki, Bakıda kütləvi dava zamanı "Ceyhun Sabunçu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.

Saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Rəhimov Emin Qoşqar oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Elmar Şücaət oğludur.

Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər DTX keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş Dostlarınıza göndərin