İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Canlı yayımda təhqirə görə cərimələndi

Sosial şəbəkədə etik davranış qaydalarını pozan şəxs inzibati məsuliyyətə cəlb edilib. Məlumata görə, 47 yaşlı Davud Bəşirov (şərti adla) “TikTok” platformasında açdığı canlı yayım zamanı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub. Araşdırma zamanı onun bir qadına qarşı təhqiramiz ifadələr

12 baxış 3 dəq

Sosial şəbəkədə etik davranış qaydalarını pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Məlumata görə, 47 yaşlı Davud Bəşirov (şərti adla) “TikTok” platformasında açdığı canlı yayım zamanı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub. Araşdırma zamanı onun bir qadına qarşı təhqiramiz ifadələr səsləndirdiyi və canlı yayım ərzində qeyri-etik davranışlara yol verdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Məhkəmədə ifadə verən D.Bəşirov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu, etdiyi hərəkətlərə görə peşmanlıq hissi keçirdiyini bildirib.

Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati cərimə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin