İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

C. Məmmədov: "Dəfn pulunun verilməsi sadələşməlidir"

Dəfn pulu ilə bağlı prosedurun avtomatlaşdırılması, əlavə dəstək mexanizmləri ilə gənclərin ailə qurmağa təşviq edilməsi təklif olunub. Leqal Xəbər APA-ya əsasən xəbər verir ki, bu təkliflərlə deputat Ceyhun Məmmədov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin

13 baxış 3 dəq

Dəfn pulu ilə bağlı prosedurun avtomatlaşdırılması, əlavə dəstək mexanizmləri ilə gənclərin ailə qurmağa təşviq edilməsi təklif olunub.

Leqal Xəbər APA-ya əsasən xəbər verir ki, bu təkliflərlə deputat Ceyhun Məmmədov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı çıxış edib.

Deputat deyib ki, dəfn pulunun ciddi şəkildə artırılması imkansız ailələr üçün çox böyük dəstəkdir. Ancaq ümumilikdə proses uzundur, bir çox sənədlər tələb olunur: “Bu prosesin daha da sadələşdirilməsinə və asanlaşdırılmasına ehtiyac var. Bu gün ölkəmizdə rəqəmsal hökumət quruculuğu sürətlə həyata keçirilir. Bu prosesin də avtomatlaşdırılması öz töhfəsini verə bilər”.

Ceyhun Məmmədov qeyd edib ki, son vaxtlar ölkəmizdə ailə institutu ilə bağlı narahatedici proseslər gedir: “Yeni dünyaya gələn uşaqların sayında azalma, pozulan nikahların sayında artım müşahidə olunur, getdikcə gənclərin nikaha marağı azalır. Qeyd olunanları nəzərə alaraq, boşanmaların artmasının qarşısının alınması, gənc ailələrin qorunması, gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə gənc ailələrə əlavə dəstək mexanizmlərinin işlənilməsi vacibdir. Digər tərəfdən, bu gün uşaqların sağlam qidalanması ilə bağlı da bir sıra addımların atılmasına ehtiyac var. Sistemli maarifləndirmə işləri ilə yanaşı, uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə gənc ailələr üçün əlavə dəstək mexanizmlərinin işlənilməsinə ehtiyac var”.

Xəbəri paylaş Dostlarınıza göndərin