İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bəzi rayonlarda işıq olmayacaq

Oktyabrın 28-də Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq

7 baxış 3 dəq

Oktyabrın 28-də Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə oktyabrın 28-də Ağdaş və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidmət ərazilərində bir sıra 6 və 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar Ağdaş şəhərində 20 Yanvar, Cəfər Cabbarlı, İstiqlal və Molla Pənah Vaqif küçələrində, 47-ci məhəllədə, Su 18 yaşayış massivində, eləcə də rayonun Aşağı Ağcayazı, Dəhnəxəlil və Yuxarı Ağcayazı kəndlərində, həmçinin Türyançay qəsəbəsinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Mingəçevirdə isə Heydər Əliyev prospekti, Aydın Məmmədov küçəsi və Şəfa bağları yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təminatı nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin