İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bu qurumda yoxlamalar aparılır - Pozuntular aşkarlanıb

Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır. "Leqal Xəbər" Qaynarinfo.az-a istinadən xəbər verir ki, yoxlamalar ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir. Bildirilib ki, yoxlamalar hələ bir

10 baxış 3 dəq

Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.

"Leqal Xəbər" Qaynarinfo.az-a istinadən xəbər verir ki, yoxlamalar ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir.

Bildirilib ki, yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.

İddialara görə, bu faktlar əsasən Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən hələ ki, həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.

Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir.

Qeyd olunub ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.

Xatırladaq ki, Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.

Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.

Bununla bağlı yayılan siyahını təqdim edirik:

- Zaur Həmzəyev - əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;

- Araz Bəndəliyev - xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;

- Toğrul Həmzəli - qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;

- Təhminə Həmzəyeva - bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;

- Mətanət Həmzəyeva - bacısı, "Azəryolİlmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi;

- Dilavər Həmzəyev - yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;

- Ustubat Niftəliyev - yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.


Xəbəri paylaş Dostlarınıza göndərin