İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bu gün Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra ərazilərində və Abşeron rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eləcə də

12 baxış 3 dəq

Bakının bir sıra ərazilərində və Abşeron rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da Bakının Yasamal və Xətai rayonlarında, həmçinin Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində təmir işləri aparılacaq.

Yasamal rayonunda transformator məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov və Vasif Əliyev küçələrində, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xətai rayonunda transformator məntəqəsində aparılacaq təmir, yoxlama və sınaq işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Xocalı prospektinin, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Abşeron RETSİ-nin xidmət ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada da təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirəkəşkül", "Çaylı" və "Cəngi" yarımstansiyalarında, eləcə də "Pirəkəşkül" yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmin müddətdə Çaylı, Cəngi və Təzəkənd kəndləri də elektrik enerjisiz qalacaq.

Bildirilib ki, təmir işləri elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və artan tələbatın qarşılanmasına xidmət edəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin