İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bu günə kimi çimərliydən 53 nəfərin meyiti çıxarılıb - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 75 nəfər (onlardan 69-u çimərlik mövsümündə) xilas edilib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib

6 baxış 3 dəq

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 75 nəfər (onlardan 69-u çimərlik mövsümündə) xilas edilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, xidməti nəzarət edilən çimərlik ərazilərində ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb. Lakin xilasetmə zonasından kənarda — nəzarətsiz və qeyri-çimərlik ərazilərində batan 53 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı bədbəxt hadisələrin əsasən qeyri-çimərlik ərazilərindən, çay, göl və suvarma kanallarından istifadə olunması, dənizə sərxoş halda və ya küləkli havada girilməsi, uşaqların nəzarətsiz buraxılması səbəbindən baş verdiyi müəyyən olunub.
FHN əhaliyə və valideynlərə müraciət edərək yalnız xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etməyi və təhlükəsizlik qaydalarına ciddiləşdirilmiş şəkildə riayət etməyi tövsiyə edib.

Nazirlikdən xatırladılıb ki, hava qaraldıqdan sonra, küləkli günlərdə və ya sərxoş halda suya girmək, çimmə zonasının işarələnmiş sərhədlərini keçmək, uşaqları nəzarətsiz qoymaq və çimərlik ərazisinə kənar texniki vasitələrlə daxil olmaq qadağandır. Çimərliklərdə istirahət üçün təhlükəsiz vaxt intervalı saat 09:00-dan 20:00-dək müəyyən olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin