İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bu gün bəzi ərazilər işıqsız qalacaq

Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının

7 baxış 3 dəq

Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisindəki transformator məntəqəsində təmir işləri aparılacaq.

Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov və Zərgərpalan küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bununla yanaşı, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin xidmət ərazilərində də təmir və yenidənqurma işləri aparılacaq.

Masallıda 35 kV-luq "Əminli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli və Xırmandalı kəndlərində, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağstafada 110/35/10 kV-luq "Poylu" yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar saat 12:00-dan 16:00-dək Ceyrançöl və Poylu qəsəbələrində, həmçinin Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Samuxda isə 10 kV-luq "Gülçülük" və 6 kV-luq "Nasos" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Nətəvan qəsəbəsində, Zazalı və Ziyadlı kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin