“Azərişıq”ın məlumatına görə, oktyabrın 9-da təmir və yenidənqurma işləri ilə əlaqədar aşağıdakı ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq:
Xətai rayonu (10:00–15:00): Gəncə prospektinin bir hissəsi və 191 saylı məktəbin ətrafı.
Binəqədi rayonu (11:00–16:00): 10 May küçəsi və Xırdalan-Binəqədi yolunun aşağı hissəsi.
İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.![]()