İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Britaniyada ABŞ hərbçisi Rusiyaya casusluq şübhəsi ilə saxlanıldı

Böyük Britaniya polisi Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən ABŞ hərbçisini saxlayıb. Leqal Xəbər "Reuters" agentliyinə istinadən məlumat verir ki, bu barədə Britaniya polisi bəyanat yayıb. Məlumata görə, əməliyyat Britaniya polisinin antiterror bölməsinin MI5 əks-kəşfiyyat

11 baxış 3 dəq

Böyük Britaniya polisi Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən ABŞ hərbçisini saxlayıb.

Leqal Xəbər "Reuters" agentliyinə istinadən məlumat verir ki, bu barədə Britaniya polisi bəyanat yayıb.

Məlumata görə, əməliyyat Britaniya polisinin antiterror bölməsinin MI5 əks-kəşfiyyat xidməti, Müdafiə Nazirliyinin əks-kəşfiyyat bölməsi, ABŞ-nin hökumət qurumları, Silahlı Qüvvələri və Federal Təhqiqatlar Bürosu (FTB) ilə birgə apardığı istintaq çərçivəsində həyata keçirilib.

"41 yaşlı şəxs noyabrın 10-da Qloster şəhəri yaxınlığında saxlanılıb. O, 2023-cü il tarixli Milli Təhlükəsizlik Qanununun 1-ci və 3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinir. İstintaq çərçivəsində polis əməkdaşları Qlosterşir qraflığında iki ünvanda axtarış aparıblar. Şübhələrin əlaqələndirildiyi ölkə Rusiyadır", - deyə bəyanatda bildirilib.

FTB direktoru Keş Patel hərbçinin casusluq şübhəsi ilə saxlanıldığını və məsələnin həm ABŞ, həm də onun müttəfiqləri üçün ciddi narahatlıq doğurduğunu bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin