İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Britaniya İsraildən diplomatlarını geri çəkir

Böyük Britaniya ilə İsrail arasında diplomatik gərginlik yeni mərhələyə keçib. İsrail hökuməti Şərqi Qüdsdəki Britaniya Baş Konsulluğunun əvvəlki formatda fəaliyyətini dayandıracağını və 20 britaniyalı diplomatın ölkəni tərk edəcəyini açıqlayıb. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki,

6 baxış 3 dəq

Böyük Britaniya ilə İsrail arasında diplomatik gərginlik yeni mərhələyə keçib. İsrail hökuməti Şərqi Qüdsdəki Britaniya Baş Konsulluğunun əvvəlki formatda fəaliyyətini dayandıracağını və 20 britaniyalı diplomatın ölkəni tərk edəcəyini açıqlayıb.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkədən çıxarılacaq diplomatlar arasında Britaniyanın baş konsulu da var. Razılaşmaya əsasən, konsulluğun yerləşdiyi binada Britaniya tərəfinin məhdud fəaliyyətini davam etdirməsinə icazə verilib. Burada yalnız 7 diplomatın çalışacağı və onların fəaliyyət dairəsinin məhdud olacağı qeyd edilib.

Gərginliyin əsas səbəblərindən biri Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrindən gətirilən mallara qarşı ticarət məhdudiyyətləri tətbiq etməsidir. London bu addımları iki dövlətli həll perspektivini qorumaq və məskunlaşma siyasətinə etiraz məqsədilə atdığını bildirib.

Britaniyanın xarici işlər naziri Ed Miliband isə konsulluğun tamamilə bağlanmadığını bildirib. Onun sözlərinə görə, diplomatik nümayəndəlik fəaliyyətini “UK Mission, Jerusalem” adı ilə davam etdirəcək və Fələstin əhalisinə mühüm xidmətlər göstərilməsi, eləcə də diplomatik fəaliyyətin qorunması nəzərdə tutulur.

Tərəflər hazırkı mərhələdə qarşılıqlı yeni diplomatik tədbirlərdən çəkinmək və dialoqu davam etdirmək barədə razılığa gəliblər. Beləliklə, Şərqi Qüdsdəki Britaniya nümayəndəliyi fəaliyyətini tam dayandırmasa da, onun diplomatik statusu və əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə azaldılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin