LEQAL XƏBƏR məlumat verir ki, İngiltərənin "Brayton" klubunun və Yaponiya millisinin yarımmüdafiəçisi Kaoru Mitoma Tokioda yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisə bu gün səhər saatlarında paytaxtın İtabasi rayonunda qeydə alınıb.
İlkin məlumata görə, futbolçunun idarə etdiyi avtomobil yolayrıcında velosipedlə toqquşub. Bildirilir ki, piyadalar üçün yaşıl işığa diqqəti yayınan Mitoma avtomobili qırmızı işıqda idarə edərək qəzanın baş verməsinə səbəb olub.
Toqquşma nəticəsində velosiped sürən qadın yüngül xəsarətlər alıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır və şahidlərin ifadələrini alırlar.
Qeyd edək ki, Kaoru Mitoma 2026-cı il dünya çempionatının final mərhələsi üçün Yaponiya millisinin heyətinə daxil edilməmişdi. O, İngiltərə Premyer Liqasında "Vulverhempton"la oyunda aldığı dizaltı vətər zədəsi səbəbindən mövsümün son iki qarşılaşmasını da buraxmışdı.![]()