BÖYÜKŞOR GÖLÜNÜN SUYU NƏ ÜÇÜN YAŞIL RƏNGƏ BOYANIB? - ANALİZİN NƏTİCƏLƏRİ AÇIQLANDI//
Avqustun 14-də Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəblərinin müəyyənləşdirilməsi məqsədilə su nümunələri götürülüb və laborator analizlər aparılıb.
LEQAL XƏBƏR xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, aparılan analizlər zamanı su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı və çətin çökən maddə formasında olduğu müəyyənləşdirilib.
Mikroskopik tədqiqatlar nəticəsində su nümunəsində həddindən artıq miqdarda göy-yaşıl yosunların (Cyanobacteria) olduğu aşkarlanıb. Bildirilib ki, bu yosun qrupları suyun rənginin əsasən yaşıl, bəzi hallarda isə qəhvəyi-yaşıl görünməsinə səbəb ola bilər.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, mövsümlə əlaqədar havanın temperaturunun yüksəlməsi, eləcə də suda biogen elementlərin, o cümlədən ümumi azot və fosforun miqdarının artması biokimyəvi prosesləri sürətləndirib.
Bu amillər toksiki sianobakteriyaların sürətlə çoxalması və populyasiya sıxlığının kəskin artması üçün əlverişli şərait yaradıb.![]()
BÖYÜKŞOR GÖLÜNÜN SUYU NƏ ÜÇÜN YAŞIL RƏNGƏ BOYANIB? - ANALİZİN NƏTİCƏLƏRİ AÇIQLANDI//
BÖYÜKŞOR GÖLÜNÜN SUYU NƏ ÜÇÜN YAŞIL RƏNGƏ BOYANIB? - ANALİZİN NƏTİCƏLƏRİ AÇIQLANDI// Avqustun 14-də Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəblərinin müəyyənləşdirilməsi məqsədilə su nümunələri götürülüb və laborator analizlər aparılıb. LEQAL XƏBƏR xəbər verir ki, Azərbaycan Dövlət Su
9 baxış
3 dəq