Bakının Suraxanı rayonunda faciə ilə nəticələnən hadisə baş verib.
Hadisə bu gün saat 01:00 radələrində Bülbülə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev yaşadığı evdə yemək yeyərkən boğazında ət tikəsi qalıb. Nəfəs ala bilməyən kişi boğazını bıçaqla deşib.
Nəticədə o, aldığı xəsarətdən yaranan güclü qanaxma səbəbindən həyatını itirib.