İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

BMT Sammitində Bakı nəticələri elan olunub

Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitinin yekununda nazirlər arasında keçirilən dialoqlar və innovativ həllər əsasında formalaşan əsas prioritetləri özündə birləşdirən Bakı nəticələri elan olunub. Leqal Xəbər məlumat

10 baxış 3 dəq


Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitinin yekununda nazirlər arasında keçirilən dialoqlar və innovativ həllər əsasında formalaşan əsas prioritetləri özündə birləşdirən Bakı nəticələri elan olunub.

Leqal Xəbər məlumat verir ki, sənəd dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və gələcəyin çağırışlarına uyğun çevik, dayanıqlı və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması üzrə əsas yanaşma və prioritetləri əhatə edir. Eyni zamanda, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, süni intellekt və innovativ texnologiyaların tətbiqi, insan hüquqlarının qorunması, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətləri üzrə tövsiyələri özündə əks etdirir.

Sammitin bağlanış sessiyasında BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sammitin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və dövlət idarəçiliyində innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda sammit çərçivəsində aparılan müzakirələrin və nəticələrin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmə sistemlərinin müasirləşdirilməsinə və gələcəyə hazır dövlət institutlarının formalaşdırılmasına töhfəsi qeyd olunub. Ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsinin, birgə təşəbbüslərin inkişaf etdirilməsinin və vətəndaşyönümlü dövlət xidmətlərinin genişləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.

“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunan sammitdə təşkilata üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-dən çox qonaq iştirak edib.

Xəbəri paylaş Dostlarınıza göndərin