İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır

İran ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən əvvəl Amerikanın yeni bombardmanlarına hazırlaşır. Leqal Xəbər-in məlumatına görə, bu barədə "Bloomberg" Tehranın mövqeyi ilə tanış olan mənbəyə istinadən xəbər verib. Mənbə əlavə edib ki, İran hakimiyyəti İsrail və

12 baxış 3 dəq

İran ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən əvvəl Amerikanın yeni bombardmanlarına hazırlaşır.

Leqal Xəbər-in məlumatına görə, bu barədə "Bloomberg" Tehranın mövqeyi ilə tanış olan mənbəyə istinadən xəbər verib.

Mənbə əlavə edib ki, İran hakimiyyəti İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, növbəti hücumlar halında cavab tədbirləri planlaşdırır.

Mənbənin sözlərinə görə, noyabrın əvvəlində ABŞ seçkilərindən sonrakı və yanvarın əvvəlində yeni Konqresin vəzifəyə başlamasından əvvəlki dövr ən çətin olacaq. Münaqişədən yeganə çıxış yolu həm ABŞ-yə, həm də İrana qələbə elan etməyə imkan verəcək razılaşmadır.

BƏƏ hökumətinin mövqeyi ilə tanış olan başqa mənbə əlavə edib ki, Fars körfəzi ölkələrindəki bəzi rəsmilər zorakılığın yenidən başlayacağına əmindirlər və bunun əvvəlkindən daha geniş yayıla biləcəyindən qorxurlar.

Gəmiçilik və dəniz təhlükəsizliyi rəsmilərinin sözlərinə görə, İran həmçinin Hörmüz boğazında və yaxınlığında daha çox gəmiyə hücum edir və münaqişənin əvvəlindəkindən daha ciddi ziyana səbəb olur, hücum dronları əvəzinə idarə olunan raketlərdən istifadə edir.

"The Wall Street Journal" (WSJ) daha əvvəl ABŞ-nin İrana qarşı mümkün hücumların bərpasına hazırlaşdığını xəbər verib. Bu arada, "Al Arabiya" telekanalı iddia edib ki, Tehran Vaşinqtona blokadanı ləğv etmək müqabilində Hörmüz boğazının açılmasını təklif edib.

Xəbəri paylaş Dostlarınıza göndərin