LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin “Blackstone” investisiya şirkətinin vitse-prezidenti Aleksandr Kromi və onun xanımı Mari Ebert Yunanıstanda baş verən helikopter qəzasında həyatlarını itiriblər.
Məlumata görə, hadisə Yunanıstanın Sifnos adasında baş verib. Helikopterin qəzaya uğraması nəticəsində gənc britaniyalı ailə ilə yanaşı, hava gəmisinin pilotu da həlak olub.
Bildirilir ki, helikopter eniş zolağına çatmasına bir neçə metr qalmış yerə çırpılıb. Qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.
Yerli sakinlərin sözlərinə görə, qəza baş verməzdən az əvvəl helikopterin mühərrikindən qeyri-adi səslər gəlib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlamasında həlak olanların ailələrinə başsağlığı verib və konsulluq yardımının göstərildiyini, həmçinin Yunanıstan rəsmiləri ilə əlaqənin davam etdirildiyini bildirib.![]()