LEQAL XƏBƏR məlumat verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib və bir sıra intizam xarakterli qərarlar qəbul olunub.
İclasda son dövrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, həmçinin müxtəlif müraciətlərə baxılıb. Müraciətlər əsasında bəzi vəkillərin digər qurumlara keçidi, dövlət qulluğuna qəbul olunması ilə əlaqədar fəaliyyətlərinin dayandırılması və öz arzuları ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarlar qəbul edilib.
Daha sonra İntizam Komissiyasının rəyləri əsasında vəkillərin fəaliyyətində yol verilən pozuntular qiymətləndirilib. Qərara əsasən, 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq verilib, 5 vəkil barəsində cərimə sanksiyası tətbiq olunub, 2 vəkilə isə peşə fəaliyyəti qaydalarına ciddi əməl edilməsi ilə bağlı xəbərdarlıq edilib.
İclasın sonunda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.