İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb

2026-cı ilin yanvar-avqust ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 337 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42,2%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu

8 baxış 3 dəq

2026-cı ilin yanvar-avqust ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 337 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42,2%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28% olub.

2025-ci ilin yanvar-avqust ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 33,2% idisə, cari ilin müvafiq dövründə bu göstərici 44,6%-ə yüksəlib.Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə 95 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 375 reys olmaqla 423 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin