LEQAL XƏBƏR verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçi ABŞ millisinə qarşı keçirilən DÇ-2026-nın 1/8 final oyununda (4:1) zədələnib. O, qarşılaşmanın 21-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Məşhur jurnalist və insayder Fabritsio Romanonun sözlərinə görə, futbolçunun bərpa prosesi 7-8 ay davam edə bilər.
24 yaşlı Onana DÇ-2026-da dörd oyunda meydana çıxıb. O, 2024-cü ildən İngiltərənin "Aston Villa" klubunda çıxış edir və ötən mövsüm komandası ilə birlikdə UEFA Avropa Liqasının qalibi olub.![]()