Çində nadir hadisə:
Uhan şəhərində 24 yaşlı bir qadın təbii yollarla baş verən beşiz hamiləlik nəticəsində 1 oğlan və 4 qız uşağı dünyaya gətirib.
Təxminən 60 milyonda bir ehtimal kimi qiymətləndirilir.
Doğuş hamiləliyin 28-ci həftəsində baş verib və uşaqlar 870-1030 qram arasında çəkidə doğulublar. Hazırda bütün uşaqların vəziyyəti sabitdir. Həkimlər onların vəziyyətini diqqətlə nəzarətdə saxlayırlar.
Bu hadisə tibb dünyasında da böyük maraq doğurub, nadir statistik ehtimalların gerçəkləşdiyi bir nümunə kimi qiymətləndirilir.
