LEQAL XƏBƏR məlumat verir ki, “Barselona” iki futbolçusu – Alvaro Kortes və Toni Fernandeslə yollarını ayırıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, Alvaro Kortes Belçikanın “Antverpen”, Toni Fernandes isə İtaliyanın “Venesia” klubuna keçib.
21 yaşlı Kortesin transferi ilə bağlı anlaşmaya əsasən, “Barselona” futbolçunun gələcək satışından faiz əldə edəcək.
Kataloniya klubu 18 yaşlı Toni Fernandesin isə gerialma hüququnu və gələcək satışından payını özündə saxlayıb. Mətbuatda bu keçidin təxminən 4 milyon avroya başa gəldiyi bildirilib.![]()