İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb

Yarışa 62 ölkədən 1500-dən çox iştirakçı qatılıb. Azərbaycan 123 idmançı ilə təmsil olunur. “IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir: 18–24, 25–29, 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60–64, 65–69, 70–74, 75–79 və 80–84 yaş qruplarını əhatə edir.

7 baxış 3 dəq

Yarışa 62 ölkədən 1500-dən çox iştirakçı qatılıb.

Azərbaycan 123 idmançı ilə təmsil olunur. “IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir: 18–24, 25–29, 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60–64, 65–69, 70–74, 75–79 və 80–84 yaş qruplarını əhatə edir. Əsas yarışda ümumi iştirakçıların 807-si kişi, 197-si qadındır. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçısının isə 80 yaşı var.


“IRONMAN 70.3” çərçivəsində estafet yarışı da keçiriləcək. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunacaq yarışda ümumilikdə 47 komanda mübarizə aparacaq. Yarışın yekunlarına əsasən ən aktiv üç klub da mükafatlandırılacaq.

Xatırladaq ki, “IRONMAN 70.3” yarışında iştirakçılar 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.


“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaq.

Xatırladaq ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin