Leqal xəbər məlumat verir ki, Bakının 8-ci mikrorayon ərazisində yerləşən “Qoç Ət” restoranında müştərinin sifariş etdiyi pendirin içindən saç tükü çıxdığı iddia olunur. Hadisə ilə bağlı şikayətçi Ramil Əliyev mediaya müraciət edib.
Onun sözlərinə görə, səhər yeməyi zamanı təqdim olunan pendirdə saç tükü aşkarlanıb. Müştəri məsələ ilə bağlı restoran əməkdaşlarına etirazını bildirsə də, qarşı tərəfin hadisəyə ciddi yanaşmadığını iddia edib.