LEQAL XƏBƏR məlumat verir ki, Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin təxirəsalınmaz müdaxiləsi nəticəsində bir neçə ailənin yaşadığı, ümumi sahəsi 700 kvadratmetr olan birmərtəbəli taxta konstruksiyalı tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları 150 kvadratmetr sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kvadratmetr olan qarajın konstruksiyaları isə 10 kvadratmetr sahədə yanıb.
Yanğın yerinə baxış zamanı 1990-cı il təvəllüdlü Fərid Əliyar oğlu Tapdıqovun meyiti aşkar edilib.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.![]()