Leqal xəbər məlumat verir ki,
Bakının Nizami rayonunda bir kişi həyat yoldaşına xəsarət yetirib. Hadisə Tofiq Abbasov küçəsindəki mənzillərdən birində baş verib.
26 yaşlı Mənsum Səfərov gecə saatlarında sərxoş halda evə gəlib, lakin həyat yoldaşı qapını açmayıb. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadının qolunu dişləyib və yumruqla çiyninə vuraraq ona xəsarət yetirib.
Hadisə ilə bağlı həmin şəxs barəsində cinayət işi açılıb.