Leqal xəbər məlumat verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına — WUF13-ə indiyədək 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilir ki, forum mayın 17-22 tarixlərində Bakıda keçiriləcək.
Tədbir Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumda dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”, innovativ şəhər həlləri və müasir urbanizasiya mövzuları müzakirə ediləcək.