Leqal xəbər məlumat verir ki, Bakıda yeniyetmə qızın çoxmərtəbəli binadan yıxılaraq həyatını itirməsi ilə nəticələnən faciəli hadisə baş verib.
Məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. 2011-ci il təvəllüdlü Nuray Xəlilova binanın 16-cı mərtəbəsindən yıxılıb. İlkin ehtimallara əsasən, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Baş verən hadisə sosial şəbəkələrdə də böyük üzüntü ilə qarşılanıb.