Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı BMW markalı avtomobil iki hissəyə bölünüb, sürücü xəsarət alıb.
LEQAL XƏBƏR verir ki, hadisə iyulun 6-da saat 23:22-də Böyükşor–Pirşağı yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, 77-GE-175 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən A.İsmayılov sükan arxasında idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton plitəyə çırpılıb.
Zərbənin təsirindən avtomobil iki hissəyə ayrılıb və alovlanıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində zəruri işlər həyata keçirilib.