LEQAL XƏBƏR məlumat verir ki, Bakıda 88 yaşlı qadın yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb.
Məlumata görə, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Raisa Takayevanın meyiti yaşadığı evdə tapılıb. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.