İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

BAKIDA 3 METRO STANSİYASININ ƏTRAFINDA TIXACLARI AZALDACAQ YOLLA BAĞLI YENİLİK

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir. Leqal. Xəbərin məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Report-a

12 baxış 3 dəq

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Leqal Xəbər-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Report-a acıqlama verilib.

Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.

Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında sıxlığın azalması gözlənilir.

Layihə çərçivəsində 5 yol qovşağının, 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.

AAYDA-nın məlumatına görə, hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi icra olunub. Tunellərdə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərində isə 82 faizi tamamlanıb.

Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər davam etdirilir.

Yeni avtomobil yolu paytaxtın müxtəlif istiqamətləri arasında hərəkət imkanlarını genişləndirməklə yanaşı, mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradacaq.

Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunur.


Xəbəri paylaş Dostlarınıza göndərin