İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

BAKI-TBİLİSİ QATARI QAYIDIR: BİLETLƏRİN QİYMƏTİ İSƏ MÜZAKİRƏ YARADIB

Leqal xəbər məlumat verir ki, Azərbaycan və Gürcüstan arasında uzun müddətdən sonra Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti yenidən bərpa olunur. Məlumata görə, gündəlik reyslər 26 may 2026-cı ildən etibarən fəaliyyətə başlayacaq. Bu barədə iki ölkə arasında imzalanmış

10 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Azərbaycan və Gürcüstan arasında uzun müddətdən sonra Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti yenidən bərpa olunur. Məlumata görə, gündəlik reyslər 26 may 2026-cı ildən etibarən fəaliyyətə başlayacaq.
Bu barədə iki ölkə arasında imzalanmış Koordinasiya Şurasının Protokolunda qeyd olunub. Sənəddə həmçinin dəmir yolu infrastrukturunun idarə edilməsinin “BTKI Dəmir Yolları” Birgə Müəssisəsinə həvalə olunacağı bildirilib. Mütəxəssislər hesab edir ki, bu addım regionda nəqliyyat əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin sərnişinləri düşündürən əsas məsələ bilet qiymətləridir.
Nəqliyyat eksperti Rafiq Raufoğlu bildirib ki, əvvəlki illərdəki ucuz tariflərin geri qayıtması gözlənilmir. Onun sözlərinə görə, son dövrlərdə daxili dəmir yolu marşrutlarında da qiymətlər ciddi şəkildə artıb və bu tendensiya beynəlxalq reyslərdə də hiss olunacaq.
Ekspert qeyd edib ki, yeni qatarların daha müasir olması, vaqonların komfort, ekonom və digər siniflərə bölünməsi qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. İlkin ehtimallara əsasən, Bakı–Tbilisi marşrutu üzrə biletlərin 100 manatdan aşağı olmayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, pandemiyadan sonra dayandırılan Bakı–Tbilisi sərnişin xəttinin bərpası həm turizm, həm də iqtisadi əlaqələrin inkişafı baxımından vacib addım hesab olunur. Buna baxmayaraq, yüksək qiymətlərin sərnişin sayına necə təsir edəcəyi artıq indidən müzakirə mövzusuna çevrilib.
Xəbəri paylaş Dostlarınıza göndərin