LEQAL XƏBƏR məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda, Gəncə prospektində torpaq sürüşməsinin baş verdiyi ərazidə istinad divarlarının inşa olunması ilə bağlı qərar qəbul edilib.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə daha əvvəl də oxşar hallar müşahidə olunub.
Qeyd olunub ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti səlahiyyətləri çərçivəsində aidiyyəti qurumlara ətraflı məlumat təqdim edib.
Bildirilib ki, ərazidə istinad divarlarının tikilməsi üçün müvafiq qərar verilib və yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.![]()