İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bakıda torpağın qiyməti kəskin artdı

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) məlumat yayıb. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb –

13 baxış 3 dəq

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) məlumat yayıb. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb – 28,6 %. Yasamalda qiymətlər 25,6 %, Nəsimidə 23,1 %, Nizamidə isə 21,1 % yüksəlib.

Xəzər rayonunda bahalaşma 19,1 %, Nərimanovda 18,6 %, Xətaidə isə 15,6 % təşkil edib. Nisbətən aşağı artım Binəqədidə (14,1 %), Sabunçuda (11,6 %), Suraxanıda (10,6 %), Pirallahıda (8,1 %) və Qaradağda (7,6 %) müşahidə olunub. Avqusta nisbətən isə Bakıda torpaq sahələri 1,8 % bahalaşıb. Ən yüksək qiymət artımı yenə də Səbaildə qeydə alınıb -3,25 %. Yasamalda qiymətlər 2,9 %, Nəsimidə 2,6 %, Nizamidə isə 2,3 % yüksəlib. Xəzər rayonunda artım 2,1 %, Nərimanovda 2 %, Xətaidə isə 1,6 % təşkil edib. Nisbətən aşağı artım Binəqədidə (1,4 %), Sabunçuda (1,1 %), Suraxanıda (1 %), Pirallahıda (0,7 %) və Qaradağda (0,6 %) müşahidə olunub.

Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib. AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin