İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Bakıda ŞOK DƏLƏDUZLUQ

Bakıda Ümrə ziyarətinə getmək istəyən ər-arvada qarşı dələduzluq edilib. 56 yaşlı Sərxan İsayev (şərti adla) Ümrə ziyarətinə getmək istəyən iş yoldaşı Fuada (şərti adla) kömək edəcəyini deyib. Bunun üçün ondan 2210 manat pul istəyib. Fuad bu pulu tapmaq üçün dost-tanışından borc almağa məcbur

11 baxış 3 dəq

Bakıda Ümrə ziyarətinə getmək istəyən ər-arvada qarşı dələduzluq edilib.

56 yaşlı Sərxan İsayev (şərti adla) Ümrə ziyarətinə getmək istəyən iş yoldaşı Fuada (şərti adla) kömək edəcəyini deyib. Bunun üçün ondan 2210 manat pul istəyib.

Fuad bu pulu tapmaq üçün dost-tanışından borc almağa məcbur qalıb. Belə ki, o, ABŞ-də yaşayan bir tanışından 1360 manat, Bakıda yaşayan tanışından isə 850 manat pul istəyib. Sonradan həmin pulları geri ödəyib.

Lakin Sərxan İsayev isə verdiyi vədə əməl etməyərək, ər-arvadı arzusunda olduqları Ümrə ziyarətinə göndərməyib. Aldandığını görən Fuad hüquq-mühafizə orqanlarına şikayət edib.
S. İsayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, Fuada pulları hissə-hissə ödəməyi təklif etsə də, zərərçəkən razı olmayıb. Zərərçəkən Fuad da həmçinin dəyən ziyanın ödənilmədiyini bildirib.
Məhkəmənin qərarı ilə Sərxan İsayev 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin